ABŞ zorakılıqla mübarizə aparan Haitiyə qoşun yeritməyi planlaşdıran Keniyaya resurslar və dəstək vermək üçün Nayrobi hökuməti ilə müqavilə imzalayıb.
Sitat.info xəbər verir ki, Keniyanın paytaxtı Nayrobidə keçirilən görüşdə ABŞ-ın müdafiə naziri Lloyd Austin və Keniyanın müdafiə naziri Aden Bare Duale iki ölkənin gələcək 5 il ərzində müdafiə əlaqələrinə istiqamət verəcək sazişi imzalayıb.
Keniyanın müdafiə naziri Duale zorakılıqla mübarizə aparan Haitiyə dəstək üçün qoşun yeritməyə hazır olduqlarını bildirib.
Austin də bu çərçivədə Keniyanı dəstəkləmək üçün razılığa gəldiklərini ifadə edib.
Seymur Bənnayev
Sitat.info