Keniya 2027-ci ildə atom elektrik stansiyasının tikintisinə başlayacaq

19:38 26 Sentyabr 2023

"Business Daily"nin məlumatına görə, Keniya Nüvə Enerjisi və Enerji Agentliyinin sədri Justus Vabuyabo ölkənin Kilifi və ya Kvale bölgəsində nüvə enerjisi obyektinin yaradılması üçün tender hazırlıqlarının sürətləndirildiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, obyektin tikintisinə 2027-ci ildə başlamağı planlaşdırdıqlarını ifadə edən Justus, layihənin tamamlanmasının təxminən 6-10 il çəkəcəyini bildirib.

Tamamlandığında təxminən 1000 meqavat gücə sahib olacaq obyektin artan əhalinin ehtiyaclarını ödəməsi planlaşdırılır.

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyi Keniyaya 2021-ci ildə nüvə obyekti üçün infrastruktur işlərinə başlamaq üçün icazə verib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti