Şoyqu: Sentyabrda Ukrayna ordusunun 2700-dən çox silahını məhv etdik

21:09 26 Sentyabr 2023

Rusiyanın müdafiə naziri Sergey Şoyqu sentyabr ayında Ukrayna ordusuna məxsus 2700-dən çox silah və hərbi texnikanı, o cümlədən Amerikanın “Bradley” piyada maşını və "M777" artilleriya sistemini, Almaniyanın “Leopard” tankı və Britaniyanın “Challenger” tankını məhv etdiyini bildirib.

Sitat.info xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada nazirlik rəsmiləri ilə görüş keçirib.

Ukrayna ordusunun sentyabrın 22-də Sevastopol hücumunda öldürüldüyünü iddia etdiyi Rusiya Qara Dəniz Donanması Komandanı Viktor Sokolov da onlayn görüşdə iştirak edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti