Birləşmiş Ştatlar Polşaya ordusunu modernləşdirməyə kömək etmək üçün 2 milyard dollarlıq Xarici Hərbi Maliyyələşdirmə krediti verəcək.
Sitat.info xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamada, ABŞ ilə Polşa arasında 2 milyard dollarlıq Xarici Hərbi Maliyyələşdirmə (FMF) birbaşa kredit müqaviləsinin imzalandığı bildirilib.
Bəyanatda ABŞ-ın “sadiq müttəfiqi” olan Polşanın təhlükəsizliyinin NATO-nun şərq cinahının kollektiv müdafiəsi üçün həyati əhəmiyyət kəsb etdiyi vurğulanıb və Ukraynaya beynəlxalq yardımın çatdırılmasında mərkəzi rol oynayan Polşanın müdafiə sərmayələri ilə regional təhlükəsizliyi gücləndirmək qətiyyətinə işarə edilib.
Seymur Bənnayev
Sitat.info