Təxminən 5 aya yaxın davam edən, ssenaristlərin təşəbbüsü ilə başlayan və ABŞ-da film və serial sənayesinin ürəyi sayılan Hollivudda aktyorların da qatıldığı tətil, studiyalarla əldə edilən razılaşmanın ardından bu gün səhər saatlarında rəsmən başa çatıb.
Sitat.info xəbər verir ki, Amerika Yazıçılar Gildiyası (WGA) həmkarlar ittifaqı liderlərinin yekdilliklə tətili dayandırmaq qərarına gəldiyini açıqlanıb.
WGA-nın 11,500 üzvü daha sonra əmək haqqının artırılması və sənayedə süni intellektin istifadəsinə qarşı təminatları ehtiva edən 3 illik razılaşmaya səs verəcək. Səsvermənin 2-9 oktyabr tarixləri arasında keçirilməsi gözlənilir. Müqavilənin rədd edilməsinin nəzəri ehtimalı olsa da, bu, mümkünsüz hesab edilir.
Seymur Bənnayev
Sitat.info