PKK/YPG ilə tayfalar toqquşub: Suriyanın neft bölgəsi yenidən qarışıb

11:19 27 Sentyabr 2023

Deyr əz-Zor vilayətində terror təşkilatı PKK/YPG-nin nəzarətində olan Dəməşq rejiminə yaxın ərəb qəbilələri ilə SDG arasında toqquşmaların yenidən alovlandığı bildirilib.

Sitat.info xəbər verir ki, Suriyanın şərqində, İraqa bitişik Deyr əz-Zor əyaləti ətrafında Dəməşq rejiminə yaxın olduğu deyilən ərəb qəbilələri ilə əsas ünsürləri YPG/PKK terror təşkilatı olan SDG arasında yeni qarşıdurmalar başlayıb. SDG növbəti xəbərdarlığa qədər bölgədə komendant saatı elan edərkən, mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə qrupu bazar ertəsi başlayan qarşıdurmalarda 21-i Dəməşq tərəfdarı olan ərəb milisləri də daxil olmaqla ən azı 25 nəfərin həyatını itirdiyini açıqlayıb.

Aytəkin Əliyeva

Sitat.info



Xəbər xətti