Türkiyə səfirliyindən Anım Günü ilə bağlı paylaşım

13:10 27 Sentyabr 2023

Qarabağın azadlığı uğrunda Vətən müharibəsində şəhid olan azərbaycanlı qardaşlarımızı 27 sentyabr - Anım Günündə rəhmətlə yad edirik.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi X hesabında paylaşım edib.

“Fürsətdən istifadə edərək bir neçə gün əvvəl Qarabağda həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü möhkəmləndirən müzəffər Azərbaycan Ordusuna uğurlar arzulayırıq”, - paylaşımda qeyd edilib.



Xəbər xətti