Azad Vətən Partiyasından (AzVP) verilən məlumata görə, partiya üzvlərinin reyestrinin Ədliyyə nazirliyi tərəfindən yoxlanılmasının nəticəsinə uyğun olaraq, “Siyasi partiyalar haqqında” yeni qanuna əsasən partiyanın Nizamnamə və Proqramında dəyişiklik və düzəlişlərin edilməsi məqsədilə növbədənkənar qurultayı keçiriləcək.
Partiyanın Siyasi Şurasında qəbul edilən qərara görə qurultayın 2023-cü il sentyabrın 30-da keçiriləcəyi nəzərdə tutulur. Qurultaya hər 50 nəfərdən bir nəfər olmaqla nümayəndələr seçilib. Qurultay əyani və onlayn formatda baş tutacaq..