Bu gün sosial şəbəkələrdə Laçın yolunun müəyyən bir hissəsində asfalt örtüyünün qəzalı vəziyyətə düşməsi ilə bağlı fotolar paylaşılıb. Fotolardan görünür ki, asfalt örtüyü çatlayaraq, dağılıb. Yolun bu qədər qısa müddətə dağılması qınaq obyektinə çevrilib. Xatıladaq ki, Laçın yolu 2022-ci ildə çəkilib.
Sitat.info olaraq məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxlayıb.
A. Nəcəfli Sitat.info-ya açıqlamasında həmin əraziyə AAYDA-nın nəzarət etmədiyini bildirib.
Məğrur,
Sitat.info