Finlandiya NATO-ya üzvlüklə bağlı qərarını yaxın günlərdə verəcək.
Report "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Sanna Marin bildirib.
Hökumət başçısı sosial-demokratların qurultayında çıxış edərək Finlandiyanın hərbi neytrallığa dair mövqeyinə yenidən baxmağa çağırıb.
Marin NATO-ya üzvlük məsələsinin tezliklə həllinə çağırıb.
“Rusiya bizim təsəvvür etdiyimiz qonşu olmadı”, - Baş nazir bildirib. O əlavə edib ki, Finlandiya həm alyansa qoşulmağın, həm də ondan çıxmağın nəticələrinə hazır olmalıdır.
Yeri gəlmişkən, NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyaya alyansa qoşulma prosesinin sürətli olacağını vəd edib.