Rusiya müdafiə xərclərini artırmağı planlaşdırır

17:03 28 Sentyabr 2023

Rusiya Maliyyə Nazirliyi 2024-cü ilin büdcəsində müdafiə xərclərini bu illə müqayisədə 68 faiz artırmağı planlaşdırsa da, Kremlin sözçüsü Dmitri Peskov müharibənin “yüksək xərclər” tələb etdiyini bildirib.

Sitat.info xəbər verir ki, Rusiya mətbuatında çıxan xəbərlərdə Rusiya Maliyyə Nazirliyinin hazırladığı büdcə layihəsində 2024-cü ildə müdafiə xərclərini bu illə müqayisədə 68 faiz artıraraq 10,8 trilyon rubla (təxminən 111 milyard dollar) çatdırmağı planlaşdırdığı bildirilib.

Mövzu ilə bağlı jurnalistlərə açıqlama verən Peskov, belə bir artımın tamamilə zəruri olduğunu ifadə edərək deyib: “Bu, mütləq lazımdır. Biz xüsusi hərbi əməliyyat aparırıq, çünki bizə qarşı başlanmış hibrid müharibə vəziyyətində yaşayırıq və bu, yüksək xərc tələb edir”.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti