Sentyabrın əvvəlində Yunanıstanın Tesaliya bölgəsində baş verən seldən sonra güclü yağışlar səbəbindən yenidən sel baş verib.
Sitat.info xəbər verir ki, Yunanıstanın Tesaliya bölgəsində başda Volos, Pilio, Larisa və Farsala olmaqla evlər, iş yerləri, əkinçilik sahələri və yollar su altında qalıb, sürüşmə nəticəsində bir çox yollar nəqliyyatın hərəkətinə bağlanıb.
Güclü yağışlar səbəbindən Volosun böyük bir hissəsinə elektrik verilməsində fasilələr yaranıb.
Seymur Bənnayev
Sitat.info