Yunanıstanda yeni ana müxalifət liderinin orduda xidmət edəcəyi iddia edilib

19:44 28 Sentyabr 2023

Yunanıstanın ana müxalifət partiyası Radikal Sol Alyansın (SYRIZA) 4 günlük lideri Stefanos Kaselakisin hərbi xidmətə gedəcəyi iddia edilib.

Sitat.info xəbər verir ki, Yunan mətbuatında adı açıqlanmayan mənbələrə əsaslanan xəbərə görə, Kaselakis əsgərliyini yerinə yetirmək üçün noyabr ayı üçün müraciət edəcək.

İllərdir xaricdə yaşayan Kaselakis'in diasporadakı Yunan vətəndaşlarına verilən fürsətdən istifadə edərək 20 gün əsgərlik etməsi, qalan 6 aylıq dövrü isə ödənişli olaraq tamamlaması gözlənilir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti