Leptospiroz epidemiyası təhlükəsinə qarşı Yunanıstanın Kerkira adasına xüsusi həkim qrupu səfər edib.
Sitat.info xəbər verir ki, Yunanıstan Milli Xalq Sağlamlığı Qurumunun (YMXSQ) verdiyi açıqlamaya görə, keçən həftə Kerkira adasında bir nəfərin leptospiroz səbəbiylə ölməsindən sonra adaya YMXSQ--na bağlı xüsusi tibb qrupu göndərilib.
Şübhəli halları araşdıracaq komanda epidemiya təhlükəsi barədə yerli idarəçiləri məlumatlandırmaq məqsədi daşıyır.
Seymur Bənnayev
Sitat.info