Yunanıstanda mülki vertolyot qəzaya uğrayıb

19:49 28 Sentyabr 2023

Yunanıstanın Euboea adasının sahillərində mülki vertolyot dənizə düşüb.

Sitat.info xəbər verir ki, Yunanıstan Dövlət Televiziyası ERT-nin bölgədən verdiyi məlumata görə, "AW109" tipli mülki vertolyot Volos Sənaye Bölgəsinə getmək üçün Euboea adasındakı Mandudi bölgəsindən ayrılıb.

Hadisə şahidlərinin sözlərinə görə, havada qeyri-adi manevrlər edən helikopterin bir müddət sonra radarla əlaqəsi kəsilib və helikopter naməlum səbəbdən Ahladi sahilində dənizə düşüb.

Helikopterdəki 2 nəfərin axtarış-xilasetmə işləri davam edir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti