Özbəkistanda şiddətli partlayış: Ölən və yaralananlar var

19:52 28 Sentyabr 2023

Özbəkistanın paytaxtı Daşkənddə hava limanı yaxınlığındakı logistika şirkətinin  anbarında partlayış olub. Partlayış nəticəsində 1 nəfər ölüb, 163 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki , Özbəkistan Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, yerli vaxtla saat 02:43 radələrində paytaxt Daşkəndin Sergeli rayonunda beynəlxalq hava limanı yaxınlığında logistika şirkətinə məxsus anbarda partlayış baş verib.

Partlayışın şiddətindən ətrafdakı evlərin şüşələri sınıb, baş verən yanğında alovlar səmanı işıqlandırıb.

Özbəkistan Fövqəladə Hallar Nazirliyi yanğınla əlaqədar hadisə yerinə 16 yanğınsöndürmə briqadasının göndərildiyini, yanğının yerli vaxtla saat 05:02-də nəzarətə götürüldüyünü və qrupların işinin davam etdiyini açıqlayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti