Çexiya hökuməti NATO ilə inteqrasiyasını əhəmiyyətli dərəcədə artıracaq təxminən 6,5 milyard dollar dəyərində sövdələşmədə ABŞ istehsalı olan 24 ədəd "F-35" qırıcı təyyarəsinin alınması planını təsdiqləyib.
Sitat.info xəbər verir ki, Çexiyanın Baş naziri Petr Fiala verdiyi açıqlamada səsdən sürətli gizli döyüş təyyarələrinin ilkinin 2031-ci ilə qədər gələcəyini və ölkə ordusunun 2035-ci ilə qədər 24 təyyarənin hamısına sahib olacağını bildirib.
"İlk F-35-lər 2029-cu ildə hazır olacaq və pilotlarımız bundan sonra onlarla ABŞ-da təlimlərə başlayacaqlar", - Fiala bildirib.
Seymur Bənnayev
Sitat.info