İspaniyada məktəbdə şagird 5 nəfəri bıçaqlayıb!

22:14 28 Sentyabr 2023

Bu gün İspaniyanın Kadis şəhəri yaxınlığındakı Xeres de la Frontera şəhərindəki məktəbdə 14 yaşlı şagird 5 nəfəri bıçaqlayıb.

Sitat.info xəbər verir ki, hadisə yerində olan polis nümayəndəsinin sözlərinə görə, məktəbdə dərslər başlayandan az sonra yeniyetmə iki bıçaqla beş nəfəri bıçaqlayıb. Hücum edilənlərdən üçü müəllim, ikisi isə tələbədir.

İspaniyanın "El Mundo" saytının məlumatına görə, biologiya müəllimi ciddi göz zədəsi alıb. Biologiya müəllimi xəstəxanada müalicə olunur.  Digərlərinin xəsarətləri isə həyati təhlükə yaratmır.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti