Ermənilər səfirliyimizi daşa basdılar

22:23 28 Sentyabr 2023

Erməni lobbisinin Livandakı təmsilçiləri Azərbaycan səfirliyinin qarşısında təxribata cəhd ediblər.

Axar.az TASS-a istinadən xəbər verir ki, təxribatın təşkilatçısı Ermənistanın "Daşnaksütyun" partiyasının yerli şöbəsi olub.

Onlardan bəziləri səfirlik binasına daş atmağa başlayıblar.

Polis etirazçıları səfirliyin qarşısından uzaqlaşdırıb. Bununla da ermənilərin növbəti təxribatının qarşısı alınıb.



Xəbər xətti