Pakistandakı müvəqqəti hökumətin xarici işlər naziri Cəlil Abbas Cilani ölkəsinin Rusiyadan aldığı neft və təbii qazla bağlı hər hansı sanksiya qanunlarını pozduğunu düşünmədiyini bildirib.
Sitat.info xəbər verir ki, paytaxt İslamabadda Xarici İşlər Nazirliyində mətbuat konfransı keçirən Cilani, "Pakistanın Rusiyadan enerji idxalı ilə bağlı Qərb ölkələrindən hər hansı reaksiya gəlib-gəlmədiyi" sualına cavab verib.
Cilani, Hindistan da daxil olmaqla, Avropa, Yaxın Şərq və Cənubi Asiya ölkələrinin Rusiya ilə ticarət əlaqələri olduğunu və “Pakistanın bu ölkələrin Moskva ilə etdiklərindən başqa bir şey etmədiyini” ifadə edərək əlavə edib: “Pakistanın Rusiyadan bu (neft və təbii qaz) məhsulları almaqla hər hansı sanksiya qanunlarını və ya beynəlxalq hüququ pozduğunuzu düşünmürəm".
Seymur Bənnayev
Sitat.info