Putin Vaqnerin keçmiş komandiri Troşevlə görüşüb

14:35 29 Sentyabr 2023

Rusiya prezidenti Vladimir Putin ötən gecə Rusiyanın “Vaqner” muzdlu dəstəsinin keçmiş komandiri Andrey Troşevlə görüşündə Troşevdən Ukraynadakı “könüllü birləşmələri” yoxlamağı xahiş edib.

Sitat.info xəbər verir ki , Rusiya prezidenti Vladimir Putin dünən Kremldə Rusiyanın muzdlu “Vaqner” qrupunun keçmiş komandiri,  “Sedoi” və ya “boz saç” kimi tanınan Andrey Troşevlə görüşüb.

Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurovun da iştirak etdiyi iclasda Ukrayna müharibəsində könüllü döyüş birləşmələrindən necə istifadə edildiyi müzakirə olunub.

Kənan Bənnayev

Sitat.info



Xəbər xətti