İspaniyadakı mağarada Avropanın ən qədim ayaqqabısı tapılıb

14:44 29 Sentyabr 2023

İspaniyanın cənubunda yerləşən Əndəlüs muxtar bölgəsində 19-cu əsrdə bir mağarada tapılan ayaqqabının araşdırmalar nəticəsində "Avropanın ən qədim ayaqqabısı" olduğu müəyyən edilib.

Sutat.info BBC-ə istinadən xəbər verir ki, 19-cu əsrdə Əndəlüsdə mədənçilər tərəfindən kəşf edilən "Cueva de los Murcielagos" mağarasında tapılan əşyaların tarixi ilə bağlı yeni araşdırma aparılıb.

Sözügedən araşdırmada mağarada tapılan otdan hazırlanmış ayaqqabının təxminən 6 min il yaşı olduğu və Avropanın ən qədim ayaqqabısı olduğu qeyd edilib.

Kənan Bənnayev

Sitat.info



Xəbər xətti