Putindən fərman: 130 min nəfər hərbiyə çağırıldı

19:30 29 Sentyabr 2023

Rusiya Prezidenti Vladimir Putin bu gün rusiyalıların hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb.

Sitat.info xəbər verir ki, fərman bu gündən qüvvəyə minib.

Fərmana əsasən, bu il 18-27 yaş arasında olan 130 min nəfər hərbi xidmətə çağırılır.

Qeyd edək ki, ötən ilin payızında Ukrayna ordusunun uğurları fonunda Putin ehtiyatda olan Rusiya hərbçilərinin qismən səfərbər olunduğunu elan etmişdi.



Xəbər xətti