İngiltərədə məktəb avtobusunun avtomobillə toqquşaraq aşması nəticəsində 14 yaşlı uşaq və sürücü dünyasını dəyişib.
Sitat.info xəbər verir ki, İngiltərənin Mersisayd bölgəsində M53 şossesində 54 nəfərin olduğu məktəb avtobusu minik avtomobili ilə toqquşub və aşıb. Qəzadan sonra hadisə yerinə təcili tibbi yardım maşını və helikopter göndərilib.
Polisdən verilən açıqlamada qəzada 14 yaşlı qızın və servis sürücüsünün həyatını itirdiyi açıqlanıb.
Seymur Bənnayev
Sitat.info