Ermənistandan açılan snayper atəşi: şəhidimiz var - MN

18:13 30 Sentyabr 2023

Sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb.

Sitat.info xəbər verir ki, atəş nəticəsində hərbi qulluqçumuz Vüsal Xeybalı oğlu Orucov şəhid olub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!



Xəbər xətti