Ukraynaya “Akıncı” verə bilərik - Bayraqdar

11:04 2 Oktyabr 2023

Türkiyə “Bayraqdar Akıncı” PUA-larının Ukraynaya təhvil verilməsi məsələsini nəzərdən keçirir.

Sitat.info xəbər verir ki, bunu “Baykar” istehsal şirkətinin baş direktoru Haluk Bayraqdar “Azadlıq” radiosuna müsahibəsində deyib.

“Bayraqdar Akıncı” ilə bağlı məsələyə gəlincə, buna hazırda baxılır”, - o bildirib.

Onun sözlərinə görə, Ukraynada bu və ya digər növ PUA istehsalı üçün şirkət Türkiyə hökumətindən icazə almalıdır:

“Müdafiə sahəsində əməkdaşlıq hökumətin təsdiqini tələb edir və bizdə bu təsdiq var. Ona görə də “Akıncı” məsələsi nəzərdən keçirilir”.



Xəbər xətti