Teraktın arxasında Hindistan kəşfiyyatı dayanır - Nazir

12:31 2 Oktyabr 2023

57 nəfərin ölümü ilə nəticələnən 29 sentyabr hücumlarının arxasında Hindistanın kəşfiyyat agentliyi “Research and Analysis Wing” durur.

Sitat.info xəbər verir ki, bunu Pakistanın müvəqqəti hökumətinin daxili işlər naziri Sərfaraz Əhməd Buqti deyib.

“Hücum Bəlucistan və Hayber Paxtunxva əyalətlərində Mövlud Qəndil üçün toplaşan vətəndaşlara qarşı yönəlib”, - o bildirib.

Buqti vurğulkayıb ki, “Research and Analysis Wing” təşkilatı Pakistan Talibanını (TTP) dəstəkləyir.

Qeyd edək ki, Yeni Dehli administrasiyası Buqtinin ittihamlarına hələ cavab verməyib.



Xəbər xətti