Yüzlərlə fanatik yəhudi Məscidül-Əqsaya hücum edib

12:36 2 Oktyabr 2023

Yüzlərlə fanatik yəhudi mühacir İsrail polisinin himayəsi altında işğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əqsaya “Sukot (Çardaq) bayramı”nın üçüncü günündə basqın edib.

Sitat.info xəbər verir ki, İsrail polisi basqınlar zamanı Şərqi Qüdsün Köhnə Şəhərində dəmir baryerli keçid məntəqələri yaradıb və fələstinlilərin Məscidül-Əqsaya daxil olmasına icazə verməyib.

Sentyabrın 29-da başlayan yəhudilərin Sukot bayramı bir həftə davam edəcək.

Qeyd edək ki, Yəhudi köçkünlər dini bayramlar zamanı Əl-Əqsa məscidinə basqınlarını artırırlar.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti