İordaniya Xarici İşlər Nazirliyi İsveçin Malmö şəhərində Qurani-Kərimin yandırılmasını pisləyib və bunun "nifrət və zorakılığı artırdığını" bildirib.
Sitat.info xəbər verir ki, İsveç rəhbərliyinin İraq vətəndaşı Salvan Momikanın Qurani-Kərimi yandırmasına icazə verməsindən sonra İordaniya Xarici İşlər Nazirliyi yazılı açıqlama verib.
Bəyanatda vurğulanır ki, İordaniya dini simvolların müqəddəsliyini pozan və alçaldan, yalnız nifrət və zorakılığı qızışdıran, dinc yanaşı yaşayışı təhdid edən bu cür hərəkətləri qəti şəkildə rədd edir və pisləyir.
Seymur Bənnayev
Sitat.info