Meksikada kilsənin damı uçub: 9 nəfər ölüb, 50 nəfər yaralanıb

13:57 2 Oktyabr 2023

Meksikanın Tamaulipas ştatında ayin zamanı kilsənin damının uçması nəticəsində 9 nəfər ölüb, 50 nəfər yaralanıb.
Sitat.info xəbər verir ki, Meksikanın cənubundakı Tamaulipas ştatında kilsənin damı uçub. Təxminən 100 nəfərin iştirak etdiyi mərasim zamanı baş verən hadisədə 9 nəfər həyatını itirib, 50 nəfər yaralanıb.
Dağıntılar altında 30 nəfərin olduğu təxmin edilir, qruplar axtarış-xilasetmə işlərini gecə boyu davam etdirib. Tamaulipas əyalət polisi xilasetmə əməliyyatında milli qvardiya bölmələri, əyalət mülki müdafiə agentliyi, Qırmızı Xaç və xilasedici itlərin iştirak etdiyini açıqlayıb.
Tampikonun Roma Katolik Yeparxiyasından yepiskop Xose Armando Alvarez ibadət zamanı baş verən insidentdə yaralananlar üçün dualar istəyib. Polis həyatını itirənlər arasında azyaşlı uşaqların da olduğunu və bunun kilsələrdə vaftizlərin keçirilməsi ilə bağlı ola biləcəyini açıqlayıb.

Ayna,

Sitat.info



Xəbər xətti