Ermənistanda atışma: 4 yaralı var...

14:39 2 Oktyabr 2023

Ermənistanın Kotayk vilayətində atışmadan sonra dörd nəfər xəstəxanaya aparılıb.

Sitat.info xəbər verir ki, bu barədə “Shamshyan.com” məlumat yayıb.

“Vətəndaşlar mülki avtomobildə “Surb Qriqor Lusavoriç” tibb məntəqəsinə aparılıb. Onların güllə və bıçaq xəsarətləri var”, - məlumatda vurğulanıb.

Qeyd olunub ki, hadisə yerində mərmi gilizləri və qan izləri aşkar edilib, müstəntiqlər işləyir. Hüquq-mühafizə orqanları hadisənin təfərrüatını və zərərçəkənlərin kimliyini müəyyənləşdirir.



Xəbər xətti