Pentaqonun Ukrayna üçün 5,2 milyardı qalıb

21:30 2 Oktyabr 2023

Pentaqonun Ukrayna üçün ayırdığı hərbi yardımın həcmi 5,2 milyard dollar təşkil edir, indiki xərclər səviyyəsində bu, təxminən altı aya kifayət edəcək.

Sitat.info xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

Nəşr qeyd edir ki, bunlar bir il əvvəl Ukraynaya dəstək üçün ayrılmış vəsaitin qalıqlarıdır.

Beləliklə, yaxın zamanda ABŞ-ın büdcə layihəsi ətrafında gedən mübahisələr fonunda Kiyevi hərbi yardımın dayandırılması təhlükəsi gözləmir, lakin hazırki situasiya planlaşdırmaya təsir edə bilər.

//Axar.az



Xəbər xətti