“Dünən Bakıda baş vermiş faciəvi partlayışda yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı veririk”.
SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva tviterdə yazıb.
"Yaralıların tezliklə sağalmasını diləyirik", - Vladanka Andreeva qeyd edib.
Qeyd edək ki, hadisə bu gün saat 03:00 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib. Baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.