Alimlərin fikrincə, yadplanetlilərin tapılması an məsələsidir

10:43 3 Oktyabr 2023

Bir çox astronom artıq kainatın başqa yerlərində həyatın olub-olmadığını şübhə altına almır. Əvəzində həyatı “nə vaxt” tapacağımıza cavab axtarır. Bir çox elm adamı yaxın bir neçə il ərzində yerdənkənar həyatın əlamətlərini kəşf edəcəyimizə nikbindir.

Sitat.info xəbər verir ki, Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Ceyms Uebb Kosmik Teleskopu (JWST) bu yaxınlarda Günəş Sistemimizdən kənarda olan planetdə həyat haqqında ümidverici ipuçları aşkar edib.

Davam edən və ya başlamaq üzrə olan çoxsaylı kosmik missiyalar bütün zamanların ən böyük elmi kəşfi üçün yeni bir kosmik yarışın başladığını göstərir.

Kənan Bənnayev

Sitat.info



Xəbər xətti