Dağıstanda şəhər meri saxlanıldı

12:27 3 Oktyabr 2023

Dağıstanda Qızılyurd şəhərinin meri Maqomed Maqomedov saxlanılıb.

Sitat.info xəbər verir ki, bu barədə TASS şəhər meriyasına istinadla məlumat yayıb.

“Qızılyurdun başçısı Maqomed Maqomedov saxlanılıb. Hazırda şəhər administrasiyasında istintaq hərəkətləri aparılır”, - məlumatda qeyd olunub.

Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.



Xəbər xətti