Nigeriyada ölümcül olan və heyvanlardan insanlara keçə bilən Lassa qızdırması səbəbindən bu il ölənlərin sayı 181-ə yüksəlib.
Sitat.info xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NXNM) tərəfindən edilən açıqlamada ölkədə yanvar-sentyabr ayları arasında Lassa qızdırması epidemiyasının paytaxt Abuca ilə yanaşı 28 əyalətin 112 bölgəsində yayılmağa davam etdiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, bu dövrdə 1068 Lassa qızdırması aşkar edilib və epidemiya nəticəsində həyatını itirənlərin sayı 181-ə yüksəlib.
Kənan
Sitat.info