Avropa İttifaqı (Aİ) Komissiyasının daxili işlər üzrə məsul üzvü Ylva Yohansson bildirib ki, Avropada ifrat sağçı qruplar getdikcə daha çox terror təhlükəsi yaradır.
Sitat.info xəbər verir ki, bundan sonra hər il keçirilməsi planlaşdırılan “Terrorizmin Maliyyələşdirilməsi ilə Mübarizə Forumu”nun birincisi Brüsseldə Aİ Komissiyasının daxili işlər üzrə məsul üzvü Yohanssonun ev sahibliyi ilə keçirilib.
Yohansson açılış nitqində vurğulayıb ki, terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə bütün dünya üzrə tərəfdaşlarla işləməyi tələb edən prosesdir.
Seymur Bənnayev
Sitat.info