Fizika üzrə Nobel mükafatı laureatları açıqlanıb

20:43 3 Oktyabr 2023

2023-cü il Fizika üzrə Nobel Mükafatını elektron dinamikası üzrə işlərinə görə Pyer Aqostini, Frens Kraus və Anne L'Huillier qazandılar.

Sitat.info xəbər verir ki, fizika üzrə Nobel Mükafatını Pyer Aqostini, Ferens Kraus və Anne  L'Huilye qazanıblar.

"Laureatların təcrübələri attosaniyələrlə ölçüləcək qədər qısa işıq impulsları yaradıb və beləliklə, bu impulsların atomlar və molekullardakı proseslərin təsvirlərini təmin etmək üçün istifadə oluna biləcəyini nümayiş etdirib", - komitənin bəyanatında deyilir.

Dünən Tibb üzrə Nobel Mükafatı mRNA tədqiqatçıları, Macarıstan əsilli ABŞ vətəndaşları Katalin Kariko və Drew Weissmana COVID-19 peyvəndi üçün yol açan təməlqoyma texnologiyalarına görə verildi.

Kimya, ədəbiyyat və sülh mükafatlarının çərşənbə, cümə axşamı və cümə günləri Stokholmda verilməsi planlaşdırılır.

İqtisadiyyat üzrə mükafat oktyabrın 9-da elan olunacaq.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti