Oktyabrın 4-ü gecə saatlarında Mingəçevir şəhər sakini, 1972-ci il təvəllüdlü Mübariz Məhərrəm oğlu Məhərrəmovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması və xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Sitat.info xəbər verir ki, ilkin araşdırma zamanı M.Məhərrəmova ov tüfəngindən atəş açaraq xəsarət yetirməkdə şübhəli bilinən şəxsin zərərçəkmişin qonşusu, 1984-cü il təvəllüdlü Pərvin Qurbanəli Mehnətov oğlu olduğu müəyyən edilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə P.Mehnətov şübhəli şəxs qismində saxlanılıb və ondan cinayətdə istifadə etdiyi odlu silah götürülüb.
Faktla bağlı araşdırma aparılır.