Hindistanda sel nəticəsində 30 nəfər itkin düşüb

11:56 4 Oktyabr 2023

Hindistanın Sikkim əyalətində ilkin məlumatlara görə, 23-ü əsgər olmaqla 30 nəfər sel nəticəsində itkin düşüb.

Sitat.info xəbər verir ki, "Hindustan Times"ın məlumatına görə, Sikkim Dövlət Fəlakət İdarəetmə İdarəsinin baş direktoru Prabhakar Rai qeyd edib ki, yerli vaxtla saat 22:00 radələrində Laçen bölgəsində suyun səviyyəsi qəfil qalxıb və daşqın baş verib.

Rai bildirib ki, ilkin məlumatlara görə, 7 nəfər itkin düşüb.

Ordudan verilən açıqlamada bölgədəki hərbi qurumda olan 23 hərbçinin seldə itdiyi bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti