Şevçenko Heydər Camala görə Bakıya gəlir

12:43 4 Oktyabr 2023

Rusiyalı jurnalist, politoloq Maksim Şevçenko Bakıya gələcək.

Sitat.info xəbər verir ki, bu barədə İticket.az saytı məlumat yayıb.

Şevçenko oktyabrın 6 və 7-i tarixlərində Beynəlxalq Muğam Mərkəzində “Heydər Camalın həyat yolu” mövzusunda görüş keçirəcək.

6 oktyabr tarixinə olan biletlərin qiyməti 20-110, 7 oktyabrda olanların isə 20-150 manat arası dəyişir.

Qeyd edək ki, artıq oktyabrın 6-a biletlərin hamısı satılıb.



Xəbər xətti