Yunanıstanın baş nazirindən Ərdoğanla bağlı xoş sözlər: "Xasiyyətimiz uyğun gəlir"

16:43 4 Oktyabr 2023

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis prezident Rəcəb Tayyib Ərdoğanla son təkbətək görüşü ilə bağlı açıqlama verib.

Sitat.info xəbər verir ki, Mitsotakis Ərdoğanla xasiyyətlərinin uyumlu olduğunu deyib. .
Afinadan Ankaraya müsbət mesajlar gəlməkdə davam edir. Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Yunanıstanın Alfa televiziyasına danışıb. Mitsotakisə sentyabrın 20-də Nyu-Yorkda prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdən təəssüratını soruşublar.

Mitsotakisin cavabı belə olub: "Yaxşı görüş oldu, xasiyyətimiz üst-üstə düşür. Hər ikimiz bilirik ki, keçmiş gərginliyi və ekstremist ritorikanı bir kənara qoyub birlikdə necə irəliləyə biləcəyimizi müəyyən etmək imkanımız var. Mən orta dərəcədə optimistəm. Türkiyə başa düşdü ki, Avropa və bir qədər də ABŞ-la körpüləri yandırmamaq onun marağındadır. Türkiyə Yunanıstanın Avropa və müəyyən dərəcədə ABŞ ilə əlaqələrinin formalaşmasında mühüm rola malik olduğunu qəbul edir. Yunanıstanla ABŞ arasında geostrateji əlaqələr mövcuddur", - o əlavə edib.

Dekabrın 7-də Salonikidə keçiriləcək Türk-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurası Toplantısını “əhəmiyyətli bir hadisə” olaraq xarakterizə edən Mitsotakis deyib ki, yaxşı mühiti qorumaqla bu görüşə hazırlaşmaq hər iki ölkənin marağındadır.

Nərgiz,

Sitat.info



Xəbər xətti