Qreq Ferqus Kanada parlamentində nasist qalmaqalından sonra istefa verən parlament sədri Entoni Rotanın yerinə seçilib. Bununla da Ferqus Kanadanın ilk qaradərili parlamentinin sədri oldu.
Sitat.info xəbər verir ki, Kanada parlamentinin sədri Entoni Rotanın parlamentdəki nasist qalmaqalından sonra istefa verməsinin ardından keçirilən səsvermədə Qreq Ferqus parlamentin yeni sədri seçilib. Ferqus Kanadanın ilk qaradərili parlament sədri kimi qeydə alınıb.
Kanadanın Baş naziri Castin Trudeau verdiyi açıqlamada Ferqusun parlament sədri olan ilk qaradərili kanadalı olduğunu deyib: "Bu, bütün kanadalılar, xüsusən də siyasətə qarışmaq istəyən gənc nəsillər üçün ilham verici olmalıdır" dedi.
Ayna,
Sitat.info