Bakı Zəngəzur dəhlizini tələb edə bilməz - İran

19:30 4 Oktyabr 2023

İran Azərbaycanın Ermənistanın ərazisini işğal etməsinə dözməyəcək.

Sitat.info xəbər verir ki, bunu İranın Xarici Əlaqələr Strateji Şurasının sədri Kamal Xərazi yerli mediaya müsahibəsində deyib.

“Biz region ölkələri arasında mövcud sərhədlərin saxlanmasını vurğulayırıq. Artıq Zəngəzur dəhlizinin açılmasının heç bir əsası yoxdur. Zəngəzur dəhlizi Azərbaycanla Naxçıvanı, Laçın dəhlizi isə Qarabağla Ermənistanı birləşdirmək üçün idi. Qarabağ Azərbaycanın nəzarətinə keçdiyi və Laçın dəhlizinə ehtiyac qalmadığı üçün artıq Azərbaycanın Zəngəzur dəhlizini tələb etməyinin heç bir əsası yoxdur”, - Xərazi deyib.

Xarici Əlaqələr Strateji Şurasının sədri Azərbaycanı təhdid və işğal yolu ilə Ermənistandan dəhliz almağa çalışmaqda ittiham edib.

//Axar.az



Xəbər xətti