Gürcüstan Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyəcək.
Bu açıqlama ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili çıxış edib.
“Bu məsələyə bir daha aydınlıq gətirmək istəyirəm. Gürcüstan Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyəcək. Bizim komandamız ölkəmizin milli maraqlarından, xalqımızın mənafeyindən çıxış edir”, - Gürcüstanın baş naziri vurğulayıb.