Cari məsələlərlə bağlı keçirdiyi həftəlik mətbuat konfransında Rusiya rəsmisi Mariya Zaxarova Anadolu Agentliyinin müxbirinin Rusiyanın Sülh Qüvvələrinin 2025-ci ilə qədər Azərbaycanın Qarabağ bölgəsində qalmasının zəruri olub-olmaması ilə bağlı sualını cavablandırıb.
Sitat.info xəbər verir ki, Rusiya Sülh Qüvvələrinin Qarabağda qalma vaxtının və digər məsələlərin birgə müəyyən ediləcəyinə işarə edən Zaxarova , meydandakı vəziyyət uyğun qərar qəbul ediləcəyini bildirib.
Kremlin də vacib hesab qeyd etdiyi Cənubi Qafqazda nəqliyyat əlaqələrinin və logistikanın inkişafı planları çərçivəsində Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan tərəfi ilə təmaslar barədə sualı cavablandıran Zaxarova xatırladıb ki, bu iş çox mühümdür. Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində həyata keçirilir.
Zaxarova deyib ki, Ermənistanın Sünik bölgəsi vasitəsilə Azərbaycanı Naxçıvan Muxtar Respublikasına birləşdirən nəqliyyat yolunun bərpası layihəsi nəzərdən keçirilir. Biz görürük ki, bu layihənin həyata keçirilməsi İrəvanla Bakı arasında münasibətlərin normallaşması üçün əhəmiyyətli potensiala malikdir. “Hər şey ölkələrin siyasi iradəsindən və onların müəyyən razılaşmalara hazır olmasından asılıdır”.
Məğrur,
Sitat.info