Keniyada naməlum xəstəlik xəbərdarlığı: 95 tələbə xəstəxanaya yerləşdirilib

22:32 4 Oktyabr 2023

Keniyanın qərbində təqribən 95 məktəbli qız diaqnozu qoyulmamış xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilib. Hadisədən sonra məktəb qeyri-müəyyən müddətə bağlanıb.

Sitat.info xəbər verir ki, Nayrobidən 374 kilometr şimal-qərbdə yerləşən Müqəddəs Tereza Eregi Qız Liseyində 95 şagird xəstələnib.

Bölgə təhsil işçisi Bonface Okoth mətbuata açıqlamasında 95 şagirdin ayaqlarının xəstəlik səbəbindən iflic olduğunu və onların əksəriyyətinin yeriyə bilməyəcəyini bildirib.

Kənan

Sitat.info



Xəbər xətti