Yunanıstanda tarixi evlər sökülmək təhlükəsi ilə üz-üzədir

22:35 4 Oktyabr 2023

Yunanıstanda paytaxt Afina da daxil olmaqla ölkə daxilində tarixi evlər baxımsızlıq səbəbindən uçmaq təhlükəsi ilə üzləşib.

Sitat.info xəbər verir ki, Yunanıstan mətbuatında əksini tapan xəbərə görə, 1500-ü paytaxt Afinada olan təxminən 20 min tarixi ev taleyinə tərk edilib.

Ev sahibləri ilə rəsmilər arasında razılıq əldə olunmadığından bu tarixi evlərdə bərpa işləri aparıla bilmir.

Baxımsızlıq ucbatından hər an uçmaq təhlükəsi ilə üzləşən tarixi evlər yerli vətəndaşlar və turistlər üçün böyük təhlükə yaratmaqla yanaşı, turizm sektoruna və investorlara mənfi təsir göstərir.

Qeyd edək ki, Larissa şəhərində 2022-ci ildə bir tələbə köhnə evin uçması nəticəsində dağıntıların altında qalaraq həyatını itirib.

Kənan

sitat.info



Xəbər xətti