Xorvatiyada dəhşətli yanğın

23:05 4 Oktyabr 2023

Xorvatiyanın Osiyek şəhərindəki fabrikin plastik anbar sahəsində üç yanğın baş verib. Hadisə yerinə qrupların müdaxiləsi davam edir.

Sitat.info xəbər verir ki, Xorvatiyanın şərqindəki Osiyek şəhərində Drava International şirkətinə məxsus plastik fabrikdə yerli vaxtla saat 00:40-da yanğın baş verib. Bölgəyə çoxlu sayda yanğınsöndürmə briqadası göndərilsə də, alov getdikcə böyüyüb.

Bildirilib ki, açıq yerlərdə saxlanılan külli miqdarda plastik yanıb. Bu da yanğınsöndürənlərin yanğına müdaxiləsini çətinləşdirib. İki yanğınsöndürənin yaralandığı öyrənilib. Sakinlərdən evdə qalmaları və pəncərələri bağlı saxlamaları istənilib.

Yanğınsöndürmə briqadasından Boris Bancan, istiliyin inanılmaz və dəhşətli olduğunu, avadanlıqların əridiyini deyib.

Təxminən 50 yanğınsöndürmə briqadası alovları söndürməyə davam edir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti