Suriya ordusunun Hələb vilayətinin qərbindəki Kefernuran kəndinə təşkil etdiyi hücumda eyni ailədən 5 mülki şəxs ölüb, 1 mülki şəxs yaralanıb.
Sitat.info xəbər verir, Hələbin Keferhalep kəndində yerləşdirilən Suriya ordusu və İranın dəstəklədiyi xarici terrorçu qruplar Hələbin qərbindəki Kefernuran kəndinə hücum edib.
Mülki müdafiə mənbələrindən alınan məlumata görə, hücum nəticəsində eyni ailədən 3-ü qadın olmaqla 5 mülki şəxs həyatını itirib, 1 mülki şəxs isə yaralanıb.
Seymur Bənnayev
Sitat.info